Qarabağdan ayrıldı, Braziliyaya getdi | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Flamenqo"ya transfer olunan "Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "CNN Brasil" nəşri məlumat yayıb. 28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir.
Amma forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir.
Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu