“Qarabağ”dan böyük hesablı QƏLƏBƏ

16.12.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Bakupost.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Qarabağ” bu turda “Sumqayıt”la qarşılaşıb. Ağdam klubu darmadağınla qalib gələrək yenidən liderliyi ələ keçirib.

Turun əvvəlki oyunlarından “Şamaxı” – “Səbail” və “Zirə” – “Turan Tovuz” görüşləri qolsuz bitib. “Araz-Naxçıvan” “Sabah”a (0:1) məğlub olubsa, “Neftçi” “Kəpəz”ə (2:1) qalib gəlib.

Azərbaycan Premyer Liqası

17-ci tur

16 dekabr

“Qarabağ” – “Sumqayıt” 5:0

Qollar: Musa Qurbanlı, 7; 33. Nəriman Axundzadə, 45+1. Redon Cica, 75. Toral Bayramov, 90+2.

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью