“Qarabağ”dan çətin qələbə

17.01.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

19-cu tura Bakıda keçirilən bir oyunla start verilib.

Lider “Qarabağ” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edib. Beş qolluq oyun Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək. “Zirə” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Səbail” oyunları sabah, “Kəpəz” – “Turan Tovuz” və “Neftçi” – “Sabah” matçları yanvarın 19-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
17 yanvar

“Qarabağ” – “Şamaxı” 3:2
Qollar: Nəriman Axundzadə, 4. A.Kaşuk, 29. Cəlal Hüseynov, 72-öz qapısına – Belaydi Puso, 14. Brahim Konate, 39.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
Tofiq Bəhramov adına Respublika stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью