Qarabağdan daha 16 nəfərə aid insan qalığı aşkarlanıb

08.10.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün biz hissə-hissə insan qalıqlarını sıldırım dağların ətəklərindən yığırıq”.

Bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.

O deyib ki, təbiət hadisələri, vəhşi heyvanlar bu qalıqların yerini dəyişməsinə səbəb olur: “3 gün əvvəl Qarabağdan geri qayıtmışıq. Daha 16 nəfərə aid insan qalığı tərəfimizdən aşkarlanıb”.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью