“Qarabağ”dan erkən çempionluq? YENİLƏNİR

27.04.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. Elitada qalmaq uğrunda çırpınan “Səbail” evdə avrokuboklar uğrunda mübarizə aparan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Turun mərkəzi görüşü Masazırda baş tutacaq. Burada “Qarabağ” səfərdə “Sabah”ın müqavimətini qırmağa çalışacaq. “Atlılar” bu matçda qalib gələrsə, erkən çempionluğu qeyd edəcəklər.

Azərbaycan Premyer Liqası

XXXII Tur

27 aprel

17:30. Səbail – Araz-Naxçıvan

Baş hakim: Rəşad Əhmədov

“ASKO Arena”

20:00. Sabah – Qarabağ

Baş hakim: Tural Qurbanov

“Bank Respublika Arena”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью