Qarabağdan Fatih Terimin səfəri ilə bağlı AÇIQLAMA | Icma.az
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək fəxri qonaqlardan biri Fatih Terim olub.
Sfera.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Tanınmış türkiyəli mütəxəssis “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir.
Futbol azarkeşlərinin sevimlisi olan məşqçi alyansı yaradacaq klubların nümayəndələri kimi noyabrın 15-i Bakıya təşrif buyuracaq.
Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış Terim COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansı dəstəkləmək məqsədilə ölkəmizə səfər edəcək.
Mütəxəssisin alyansın yaradılması tədbirində çıxış edəcəyi gözlənilir.
Terimin Bakı səfərini proqramı və KİV nümayəndələri ilə görüşü barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.
Tam oxu
Xəbəri oxu