Qarabağdan Fransaya dərin mesaj: 44 və 8 simvolu Foto

22.11.2024

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın Fransa təmsilçisi "Lion"la oynayacağı Avropa Liqası matçı üçün qonaqlara ayırdığı smvolik bilet sayı sosial şəbəkələrdə maraqla qarşılanıb.

Axar.az xəbər verir ki, təmsilçimiz ev sahibi kimi qonaq komandanın azarkeşləri üçün 448 bilet ayırıb. Bu say isə sıradan bir rəqəm kimi görünsə də, əslində Azərbaycana qarşı Fransanın hər cəbhədə qərəzli mövqeyi səbəbindən siyasi mesaj kimi də dəyərləndirilib.

Belə ki, 44 və 8 rəqəmi - II Qarabağ müharibəsi və Zəfər Gününü əks etdirir.

Qeyd edək ki, "Qarabağ"-Lion" matçı noyabrın 28-də Tofiq Bəhrəmov stadionda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью