“Qarabağ”dan Fransaya simvolik mesaj Fransızlara ayrılan 448 yer nəyi ifadə edir? AzPolitika onlayn siyasiictimai qəzet

22.11.2024

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) matçı üçün fransalı azarkeşlərə simvolik sayda bilet ayrılıb.

“AzPolitika” xəbər verir ki, noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə qonaq komanda azarkeşlərinə 448 yer verilib.

Qeyd edək ki, “448” rəqəmindəki 44 - 44 günlük Vətən müharibəsi, 8 isə - 8 noyabr – Zəfər Gününü simvolizə edir.

UEFA-nın qaydalarına əsasən, arenanın azarkeş tutumunun 5 faizi qədər yer qonaq komandaya ayrılmalıdır. Qeyd edək ki, Bakıya "Lion"un konkret neçə azarkeşinin gələcəyi hələlik bəlli deyil.

“AzPolitika.ino”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью