Qarabağdan gedən ermənilərə yeni güzəşt: Təki pasport alsınlar

22.08.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti 40-dan çox xidmət ünvanında Qarabağdan könüllü getmiş ermənilərdən vətəndaşlıq üçün müraciətləri qəbul edir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Miqrasiya və Vətəndaşlıq Xidmətinin yaydığı məlumatda deyilir.

“Müraciətlər bölgələrdə - bütün bölmələrdə, İrəvanda Zəkiyan- 3 ünvanında fəaliyyət göstərən idarədə, xidmətin mərkəzi aparatında, eləcə də Daxili İşlər Nazirliyinin səyyar xidmət ofislərində qəbul edilir.

“22 yanvar 2025-ci il tarixli “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün və müvəqqəti müdafiəyə cəlb edilmiş şəxslər 2025-ci il sentyabrın 1-dən dövlət rüsumunu ödəməkdən azad ediliblər”, - məlumatda deyilir.

Bundan əvvəl Baş nazir Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərin Azərbaycana qayıtması təşəbbüsünü “sülh üçün təhlükə” adlandırmışdı.
Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью