“Qarabağ”dan hazırlığa start İdman və Biz

03.01.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" 2024/25 mövsümünün ikinci yarısının hazırlığına start verib.

İdman.biz xəbər verir ki, klubun mətbuat xidmətinin açıqlamasına görə, 2025-ci ilin ilk məşqi “Azersun Arena”da baş tutub.

Futbolçular öncə fitnes hazırlıq keçib, ardınca toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra komandaya qoşulan Aleksey İsayev, Bəhlul Mustafazadə və Kevin Medina kollektiv hazırlıqlara qatılıblar. Bədavi Hüseynov isə müalicə-bərpa prosesini davam etdirir.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq. "Qarabağ" ayın 17-də “Şamaxı” ilə üz-üzə gələcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью