“Qarabağ”dan hücumçu üçün şərt: Əks halda yollar ayrılacaq

20.02.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ" klubu futbolçusu Emmanuel Addai ilə mövsüm sonunda yollarını ayıra bilər. Sport24.az etibarlı mənbəyə istinadən xəbər verir ki, qanalı hücumçunun yalnız maaşının azaldılması şərti ilə komandada qalmaq ehtimalı var.
Əks halda, Addainin "Qarabağ"dakı karyerası başa çatacaq. Klub rəhbərliyi maliyyə balansını qorumaq, yeni transferlər üçün büdcə açmaq məqsədilə maaş paketində dəyişiklik tələb edir.
Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən "Qarabağ"da çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью