Qarabağdan köçən erməniləri İrəvanda da duruş gətirə bilmədilər

08.04.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın israrlı təkidlərinə rəğmən, Qarabağda qalmaqdan imtina edən və könüllü olaraq köç edən ermənilər Ermənistanda da duruş gətirə bilmirlər. Tribunainfo.az xəbər verir ki, artıq onların Ermənistanı tərk edərək, başqa ölkələrə yerləşməsi intensiv şəkil alıb.

Civilnet.am saytının yaydığı xəbərə görə, Qarabağdan könüllü köçmüş ermənilər sosial-iqtisadi problemlərdən dolayı Ermənistanı tərk edirlər. Sayt bildirib ki, martın 1-nə olan məlumata görə, 11300 erməni Ermənistanı tərk edib.

Ramin Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью