“Qarabağ”dan MARAQLI XƏBƏR Dörd müəllimdən 4 dərs alacaqlar

04.08.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" bu gün yeni əməkdaşlığa başlayıb.

Ağdam klubu Azərbaycan İdman Akademiyası ilə işbirliyi qurub.

Tərəflər arasında aparılan danışıqların yekununa əsasən, akademiyanın 4 nəfərdən ibarət müəllim heyəti "köhlən atlar"ın məşqçilərinə seminar keçəcək və mühazirə oxuyacaq.

Bu, avqustun 25-dək davam edəcək. Qarşıdakı müddət ərzində 7 belə tədbir keçiriləcək.

"Qarabağ"ın əsasən akademiyasında çalışan mütəxəssisləri 4 mövzuda leksiya dinləyəcək. "Liderlik və kommunikasiya", "Klub-valideyn münasibətləri", "Uşaq hüquqları" və "Yeniyetmələrin məşqçiləri üçün metodoloji pedaqoji yanaşmalar" istiqamətində söhbət açılacaq. (sportinfo.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью