“Qarabağ”dan matçda zədələnən azarkeşə böyük jest Video

12.10.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın futbolçuları Abdullah Zubir, Aleksey Kaşuk, Bədavi Hüseynov və Marko Yankoviç “Kopenhagen”lə oyunda yıxılaraq diz qapağını zədələyən azarkeşi evində ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, komanda üzvləri azarkeşə keçmiş olsun diləklərini çatdırıblar və klub adından hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” matçının 28-ci dəqiqəsində Abdullah Zubirin vurduğu qolu emosional şəkildə qeyd edən azarkeş yıxılaraq xəsarət almışdı. Həkimlərin ilkin müayinəsinə əsasən, onun diz qapağının qopduğu bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью