Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. “Qarabağ”la vidalaşaraq vətəni Braziliyaya dönən Riçard Almeyda ağdamlılardan ötü
İdman.biz xəbər verir ki, braziliyalı yarımmüdafiəçi cari mövsüm Azərbaycan çempionatında də 7 oyunda meydanda olduğu 420 dəqiqədə 318 ötürm
Bu, 94,03 faiz dəqiqlik deməkdir. Almeydanın bu göstəricisi cari çempionatda ən yüksəkdir.
Riçard artıq çempionatda oynamadığından onun bu göstəricisi dəyişməyəcək.
İndi digər sərrast futbolçular ötürmələrini daha dəqiq edərək, braziliyalını ötməyə çalışa bilərlər.
Ötürmələrin dəqiqlik faizinə görə Almeydanın ən yaxın izləyiciləri çempionatda cəmi 1 oyun keçirərək 16 ötürmədən yalnız 1-də sərrast olmayan Nicat Məmmədzadə (“Səbail”) və Sadiq Məmmədzadədir (“Neftçi”).
Bu futbolçular 93,75 faiz ötürmədə uğurlu olublar. Əsas heyət oyunçularından Kevin Medina 92,89 faiz göstəriciyə malikdir.
“Qarabağ”ın müdafiəçisinin 12 oyunda 689 ötürməsindən 640-ı dəqiq olub.