​Qarabağdan qaçan ermənilər Ukraynada məhv edilib VİDEO

15.10.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya-Ukrayna münaqişəsi zamanı Qarabağdan qaçan və Rusiya tərəfində döyüşlərə qoşulan 450 erməni separatçısı məhv edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə erməni jurnalist və bloqer Roman Baqdasaryan məlumat paylaşıb.

O, Qarabağdan gedən və Ukraynaya qarşı müharibəyə Rusiya tərəfindən qoşulan erməni döyüşçülərin Ukrayna qoşunları tərəfindən öldürüldüyünü göstərən görüntülər yayımlayıb. Bqdasaryan şərhində yazıb: "Onlar öz uşaqlarını qan pulu ilə böyütmək üçün kütləvi şəkildə ukraynalı uşaqları öldürməyə gedirlər. Onlar suveren bir ölkəyə soxulurlar və hökumətimiz və xalqımız bu suverenliyi tanıyır. Bu, cinayətdir! 55 ay ərzində 450 Qarabağ "kişisi" ölüb, 60 nəfər itkin düşüb. Onlar "Qarabağ generalları" tərəfindən muzdlu kimi cəlb olunurlar".

Qeyd edək ki, keçmiş separatçı rejimin qanunsuz silahlı qruplaşmalarından muzdluların Rusiya ordusuna cəlb edilməsi ilə bağlı məlumatlar dəfələrlə Rusiya mediasında, televiziya kanallarında yer alıb. Eləcə də Ukraynaya qarşı müharibədə döyüşmək üçün ermənilərdən ibarət “Arbat” adlı batalyon da yaradılıb. Ukrayna mediasında bu silahlı birləşmənin darmadağın edildiyi barədə məlumatlar yayılıb.

“AzPolitika.info”   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью