“Qarabağ”dan qələbə, “Sumqayıt” darmadağın oldu

04.10.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasında 7-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək. 

Əvvəlcə son çempion “Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkib. Qarşılaşma qonaqların qələbəsilə başa çatıb – 3:0.

 4 oktyabr

17:00. “Qarabağ” – “Kəpəz” 1:0

Qol: Samy Mmae, 37
Hakimlər:
 Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
“Azersun Arena”

19:30. “Sumqayıt” – “Turan Tovuz” 0:3

Qol: Joralem Batista, 34, Aleks de Souza, 58, Ayxan Hüseynov, 90+3
Hakimlər:
 Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью