“Qarabağ”dan reytinqə növbəti töhfə

20.08.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”u məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, qələbə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını artırıb. “Qarabağ” qalib gəlməklə ölkənin aktivinə 0.250 xal yazılıb.

Azərbaycan reytinqdə 19.500 xalla 28-ci sıradadır. 27-ci pillədə yer alan Ukraynanın isə 19.725 xalı var.

Azərbaycan avrokuboklarda yalnız “Qarabağ”la təmsil olunur. Ukraynanın isə Kiyev “Dinamo”su, Donetsk “Şaxtyor”u və Zitomir “Polissya”sı Avropada mübarizə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью