Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev iyulun 19-da 3-cü Şuşa Qlobal Media Forumundakı “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda çıxışında Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və geniş olacağını qeyd edib.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir.
Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm.
Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik.
Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir.
Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir.
Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər.