“Qarabağ”dan tarixə düşən zəfər: 32 oyundan sonra ilk qələbə

22.01.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ" klubu avrokuboklar tarixində Avropanın aparıcı dörd liqasını təmsil edən komandalara qarşı ilk qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumat yayıb.
Azərbaycan təmsilçisi buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" komandasını (3:2) üstələməklə nail olub.
Bakıda keçirilən görüş tarixə düşüb. Ağdam klubu indiyədək bu səviyyədəki rəqiblərlə keçirdiyi 32 qarşılaşmada 6 heç-heçə etmiş, 26 dəfə məğlub olub.
Həmin görüşdə fərqlənən Bəhlul Mustafazadə Çempionlar Liqası tarixində qol vuran ilk azərbaycanlı futbolçu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью