Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen”i məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Futbolpress.az xəbər verir ki, 2:0 hesablı qalibiyyətə görə reytinqə 0.500 xal əlavə olunub. Azərbaycan siyahıda 22.000 xalla 25-ci sırada yer alıb.
Azərbaycandan bir pillə öndə yer alan Serbiyanın 22.375 xalı var. 21.275 xalı olan Slovakiya isə 26-cı pilldə qərarlaşıb.
Reytinqə 97.117 xalla İngiltərə başçılıq edir.