“Qarabağ”dan uğurlu start, autsayder “qapı”nı saxlaya bilmir

12.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Əvəzedicilər Liqasında 3 turdan sonra 4 komanda maksimum nəticə göstərib.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ”, “Sabah”, “Zirə” və “Qəbələ”nin ikinci komandası 9 xalla 1-4-cü sıraları bölüşür.

Əvvəl əvəzedici və aşağı yaş qruplarının nəticələrinə görə tənqid edilən “Qarabağ” mövsümün hələlik ən yaxşı komandasıdır. Maksim Medvedevin rəhbərlik etdiyi kollektiv 3 oyunda 14 qol vurub, 4-nü buraxıb.

Komandanın üzvləri Hikmət Cəbrayılzadə, Əli İbrahim və Elton Mikayılov 3 qolla bombardirlər sırasındadır. Görünür, “atlılar” artıq toparlanıb və əvvəlki illərdəki uğursuzluqlardan dərs çıxarılıb.

“Sabah”, “Zirə” və “Qəbələ” ötən mövsüm də qənaətbəxş nəticələrlə yadda qalmışdı. Komandaların bu mövsümkü startı təəccüblü deyil.

“Araz-Naxçıvan”, “İmişli” və “Şamaxı”nın əvəzediciləri isə uğursuzluqla diqqət çəkir. Komandalar 3 turda qələbə qazana bilməyib. Sonuncu sırada qərarlaşan “Şamaxı” ümumiyyətlə xal toplaya bilməyib. Komanda 3 turda 19 qol buraxıb. Bu, ortalama hər oyuna 6.3 top deməkdir.

“Araz-Naxçıvan-2” 3, “İmişli-2” isə 2 qol vurub.

“İmişli” və “Şəfa”nın əvəzediciləri bu mövsüm liqada debüt edənlərdir.

Liqada 4-cü tura bu gün start veriləcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью