Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir. İbrahim İbrahimlinin “Hypers Quba”ilə anlaşdığını xəbər vermişdik.
“Qarabağ”dan Patrik Andrade ilə mübahisə üzündən uzaqlaşan futbolçu gözlənilməz addım atdı.
İbrahim indi ölkə çempionundan birbaşa 2-ci liqa klubuna keçid etməklə karyerasının bəlkə də ən riskli qərarını verib.
19 yaşlı oyunçu ya bundan sonra özünü aşağı liqalarda sübut edərək yenidən parlayacaq, ya da futbol həyatını bu şəkildə bitirəcək.İbrahimlinin “Qarabağ”da yaşadıqları və 2-ci liqaya keçidilə bağlı özünə müraciət etməyi lazım bildik.
Futbolçu bütün gerçəkləri “Football-plus.az”a danışdı: “Hypers Quba”dan təklif gəldi, masa ətrafında söhbət edəndən sonra qəbul etdim.
Çox düşünmədim. Çünki 2-ci liqadan da hansısa yerə qədər qalxmaq olar. Futboldu, sabahı bilmək olmur.
Burda hədəfim yuxarılara, yaxşı yerlərə çıxmaqdı. “Qarabağ”da Patrik Andrade ilə problemim olmuşdu. Sadə mövzu idi.
Patrik legionerdi, başqa ölkədən gələn oyunçudu. İstər həmin mövzuda düz olum və ya nə olur-olsun, Andrade adına görə düz oldu.