“Qarabağ”dan xal almaq çoz dəyərlidi“ Rəşad Sadıqov

06.12.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli premyer-liqasının 14-cü turunda “Zirə” “Qarabağ”la heç-heçə etdi - 1:1.
Oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov media önünə çıxıb.
- Olduqca ağır oyun oldu. Qola qədər oyun daha rahat gedirdi. Qoldan sonra təzyiqi artırdılar və çətinlik çəkirdik. Hissənin sonlarında müdafiədə səhv etdik, rəqib hesabı bərabərləşdirdi. Maşallah olsun, yaxşı rəqib formalaşdırılıb. 3 gün sonra da vacib oynayacaqlar. Uğurlar arzu edirik. 4 dəyişiklik etdilər. Biz də 2 dəyişiklik etdik. Müdafiə davranışını dəyişdik. Ümumi götürsək, heç-heçə ədalətli nəticədi. “Qarabağ”dan xal almaq çoz dəyərlidi. 120 dəqiqədən sonra bu gün göstərdiyimiz iradə təqdirəlayiqdi.
- Qışda əsas hədəf hücumçu olacaq?
- Bir neçə oyun idi ki, belə problem yox idi. İssa zədələndi. Papunaşvili çox yorğun idi. İstəkli idilər. Futbolçularım əzm göstərdi. Eldar da oyuna yaxşı qoşuldu. Duranın zərbəsini Mutsinzi boş qapıdan çıxardı.
- Zubir üçün qırmızı vərəqə tələb edirdiz?
- Yarı zarafat, yarı ciddi danışırdım. Məşqçi kimi, təzyiq göstərməyə çalışdım. Ciddi söhbətimiz olmadı.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью