“Qarabağ”dan yeni transfer həmləsi

24.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ" sabiq futbolçusu Julio Romaonu yenidən heyətinə cəlb etməyi nəzərdən keçirir.

“Yeni Sabah” xəbər verir ki, Ağdam klubunun hazırda Rusiyanın "Axmat" komandasında çıxış edən braziliyalı dayaq yarımmüdafiəçisini qış transfer pəncərəsində icarə əsasında heyətə qatmaq niyyətində olduğu bildirilir.

28 yaşlı oyunçunun mümkün qayıdışı ilə bağlı tərəflər arasında razılığın əldə olunub-olunmayacağı hələlik məlum deyil. Keçidin reallaşması həm klublar arası danışıqların gedişatından, həm də transfer şərtlərindən asılı olacaq. Sərfəli qiymətə məhsullar

Julio Romaonun Qroznı təmsilçisi "Axmat" ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulub. Braziliyalı yarımmüdafiəçi 2022–2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinərək komandanın uğurlarında pay sahibi olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью