“Qarabağ”dan zəng vurdular, özünə dedilər: Səninlə müqaviləni uzatmırıq

08.06.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Patirk Andradenin «Qarabağ»dan ayrılmasına sayılı günlər qalıb.

"Ölkə.az" xəbər verir ki, Ağdam klubu müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq legionerlə yollarını ayırmaq qərarı verib.

Rəsmilər kabo-verdeli yarımmüdafiəçi ilə danışaraq, ona bununla bağlı məlumat verib. Səbəb kimi baş məşqçi Qurban Qurbanovun bundan sonra nisbətən gənc oyunçulara üstünlük vermək istəməsi göstərilib.

Orta sahə oyunçusu 2023-cü il iyulun 15-də "Partizan"dan bura geri qayıdıb. Afrikalı daha öncə də 2 il «köhlən atlar»ın formasını geyinib.(Sportinfo.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью