“Qarabağ”ı arzuolunmaz rəqiblər sırasına saldılar Onlar üçün

06.06.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçrə çempionu olan “Bazel” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

Komanda Liqa mərhələsinə düşmək üçün pley-off oyunları keçirəcək.

İsveçrə mətbuatı pley-offdakı potensial rəqiblərlə bağlı məqalə dərc edib. Mümkün rəqiblər sırasında Azərbaycan çempionu “Qarabağ” da göstərilib.

Düzdür, təmsilçimiz yarışa II təsnifat mərhələsindən başlayacaq. Ancaq isveçrəlilər Qurban Qurbanovun yetirmələrinin pley-offa qədər irəliləyəcəyinə inanır.

“Qarabağ” hətta “Bazel” üçün arzuolunmaz rəqiblər sırasına salınıb.

Pley-offda “Bodo Qlimt”, “Seltik” kimi iştirakçıların olmasına baxmayaraq, isveçrəlilər Kiyev “Dinamo”su, Təl-Əviv “Makkabi”si və “Qarabağ”ın həmin raunda qədər irəliləməməsini arzulayırlar.

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 4-də atılacaq. (Sportinfo.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью