sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ" Zakaria Savonun formasında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilməsinə görə tətbiq olunan cəzaya münasibət bildirib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Sport24.az-a verilən açıqlamada hadisənin texniki yanlışlıqdan qaynaqlandığı qeyd olunub.
"Problem artıq aradan qaldırılıb. Təəssüf ki, texniki xarakterli yanlışlıq olub. Məsələ aşkarlandıqdan sonra operativ şəkildə həllini tapıb. Gələcəkdə belə halların yaşanmaması üçün lazımi diqqət göstəriləcək", – deyə klubdan bildirilib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi bu səbəbdən "Qarabağ"ı 1500 manat cərimələyib.