Qarabağı Elfsborqla matçda 100ə yaxın azarkeş dəstəkləyəcək

12.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

"Qarabağ"ı İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçında 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə "Report"a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun vaxtı bu rəqəmin arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью