Qarabağı Elfsborqla matçda 100ə yaxın azarkeş dəstəkləyəcək

12.12.2024

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ı İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçında 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə Metbuat.az-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun vaxtı bu rəqəmin arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью