Qarabağı Elfsborqla matçda 100ə yaxın azarkeş dəstəkləyəcək

12.12.2024

Icma.az, Cbcsport portalına istinadən məlumat yayır.

"Qarabağ"ı İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçında 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun vaxtı bu rəqəmin arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью