Qarabağı Elfsborqla matçda bu sayda azarkeş dəstəkləyəcək

12.12.2024

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Qarabağ"ı İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçında 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə Report-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun vaxtı bu rəqəmin arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью