“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?

11.06.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

İyunun 16-da Nyonda avrokubokların yeni mövsümünün püşkü atılacaq. Məlum səbəbdən Azərbaycanı avrokuboklarda kimin təmsil edəcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürsə də də, püşkatmada klublarımızı kimlərin təmsil edəcəyini öyrənmək istədik.

"Sabah"dan Nyona kimin göndəriləcəyi bəlli deyil. "Qarabağ"ı isə klubun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Fərid Ağayev təmsil edəcək. Konfrans Liqasında mübarizə aparacaq "Neftçi"də də vəziyyət "Sabah"la eynidi. "Turan Tovuz"da isə məsələ bir qədər fərqlidi. Klub Konfrans Liqasından kənarlaşdırıldığı üçün UEFA Tovuz təmsilçisinə tədbirə dəvət mesajı göndərməyib. İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edən "Turan Tovuz"un istəyi təmin olunmayacağı təqdirdə turnirə qatılacaq "Zirə" isə hələ ki rəsmi qərar gözləyir, yalnız bundan sonra hansısa addım atacaq.
MURAD ABDULLAZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью