futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasında V turun oyunlarından sonra komandaların statistik göstəriciləri yenilənib.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” ən çox top qazanan kollektivlər sırasında üçüncüdür. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 5 oyunda rəqiblərdən 227 dəfə top almağı bacarıb.
Göstəricidə birinci sırada 257 top qazanma ilə Bilbao “Atletik”i qərarlaşıb.
“Qarabağ” 5 turdan sonra 7 xalla 19-cu sıradadır.