Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı 19 gün ərzində ağır qrafik gözləyir.
QOL.az saytının xəbərinə görə, hazırda Ağdam təmsilçisi ölkəmizin digər bütün klublarından fərqli olaraq düz 3 yarışda mübarizə aparır: Çempionlar Liqası, Misli Premyer Liqası və Azərbaycan kuboku.
Bu, bizim futbol üçün xüsusən qış aylarında ənənəvi olmayan bir haldır.
Ağır qrafikə gəlincə, “Qarabağ” 19 gün ərzində düz 6 oyun keçirəcək ki, bu da az qala 3 günə 1 oyun deməkdir. “Qarabağ”ın qarşıdakı 19 gündəki oyun təqvimi aşağıdakı kimidir:
5 fevral
“Şamaxı” - “Qarabağ” (Azərbaycan kuboku)
10 fevral
“Şamaxı" - "Qarabağ" (Misli Premyer Liqası)
14 fevral
“İmişli" - "Qarabağ" (Misli Premyer Liqası)
18 fevral
“Qarabağ" - "Nyukasl" (Çempionlar Liqası)
21 fevral
“Neftçi" - "Qarabağ" (Misli Premyer Liqası)
24 fevral
“Nyukasl" - "Qarabağ" (Mislu Premyer Liqası)
Siyahıdan göründüyü kimi, “Qarabağ” “Şamaxı” ilə hər iki matçı Şamaxıda, “İmişli” ilə Qubada keçirəcək. Bu 19 gündə daha uzun yolçuluq isə İngiltərəyə, Nyukasl şəhərinə olacaq. Yəni 6 oyundan 4-ü səfərdə keçiriləcək.
“Qarabağ” məhz bu ağır qrafik səbəbindən “Neftçi” ilə matçın təxirə salınmasını istəyib. Ağdam təmsilçisinin “Neftçi” ilə matçdan 3 gün əvvəl və 3 gün sonra “Nyukasl”la oyunları ev və səfər oyunları var. Bu təqvimin “atlılar”ın ÇL pley-off oyunlarına hansı formada təsir göstərəcəyini zaman göstərəcək. İndidən bilinən odur ki, “Neftçi” matçın təxirə salınmasına razılıq verməyib.
“Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır” - deyə klubun mətbuat xidmətindən bildirilib.