“Qarabağ”ı gözləyən təhlükə

26.01.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Liverpul səfəri öncəsi “Kəpəz”ə məğlub oldu. Elitada qalmaq uğrunda mübarizə aparan komandadan “soyuq duş” alan “atlılar” növbəti tur “Turan Tovuz”la qarşılaşacaq.

“Sumqayıt”la oyunda qələbə qazanan Berdıyevin kollektivi turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. “Bozqurdlar” özünü çox yaxşı hiss edir…

“Qarabağ”ı isə çox gərgin həftə gözləyir. Ayın 27-də Liverpula 6 saatlıq uçuş, 29-da oyun, 30-da o yolu geri qayıtmaq və fevralın 1-də “Turan Tovuz”la oyun…

Faktiki vəziyyət “Qarabağ” üçün risklidir. Premyer Liqada yenidən xal itirmək ehtimalı artır. Belədə isə lider “Sabah”la yaranan 4 xallıq fərq böyüyə bilər.

“Sabah” üçün də gələn tur ağır keçəcək. Rəqib “Zirə”dir. Lakin…

“Sabah”ın ilk dövrədə 3:0 hesablı qələbə qazandığını və hazırda ən yaxşı psixoloji vəziyyətdə olduğunu, “Qarabağ”ın isə səfərdə çətinliklə minimalhesablı (1:2) qələbə qazandığını və s. amilləri nəzərə alsaq, “atlılar”ın “tələbələr”ə nəzərən xal itirmə ehtimalı daha yüksəkdir.

Bir sözlə, ÇL-dəki dəyərli missiyasını davam etdirən “Qarabağ” pley-of mərhələlərinə yüksəlməklə tarixi uğura nail olmaq astanasındadı. Lakin Azərbaycan Premyer Liqasında təhlükə qapıda gözləyir…

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью