“Qarabağ”ı gözləyən təhlükə... qar “Bəhramov”un ot örtüyünə ziyan vurub? | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində “Ayntraxt”a qarşı keçirəcəyi matça saatlar qaldı.Məlum olduğu kimi, dünəndən bəri bəzi sayt və sosial şəbəkələrdə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Bu sırada özündə həm qazonun qarla örtüldüyünü əks etdirən görüntülər var, həm də qarın təmizləndiyi haqda bilgilər.“Football-plus.az” bu məqamları nəzərə alıb dəqiq məlumata ehtiyac duydu.
Bu məqsədlə müraciət etdiyimiz klubun mətbuat xidmətinin əməkdaşı Anar Həsənov bildirdi ki, qazonun vəziyyəti ideal səviyyədədi.
Hər şey qaydasındadı. Ot örtüyü dünən axşam saatlarında qar altında qalsa da, sonradan təmizləmə işləri aparılıb.
Kəskin hava şəraiti qazona ziyan verməyib.Xatırladaq ki, sözügedən qarşılaşma saat 21.45-də başlayacaq.KƏNAN BAHADIR Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu