QARABAĞI QAYTARDIQ, “QARABAĞ”I DA QAYTARA BİLSƏK... Klub rəhbərliyi pul, azarkeş can hayın…
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bəxtsizlikdən uduzmaq olar. Amma bir dəfə, iki dəfə, üç dəfə...
Dəfələrlə, ardıcıl, durmadan yox. Təəsüf ki, “Qarabağ” son dövrlərdə göstərdiyi futbolla və əldə etdiyi nəticələrlə onu sevən, dəstəkləyən a
Bunun baş məşqçi tərəfindən hər dəfə bəxtsizliklə izah edilməsi isə məğlubiyyətin gətirdiyi məyusluğu daha da artırır.
Avropa Liqasının Liqa mərhələsinin VII turunda Bakıda Rumıniyanın FCSB klubuna uduzan "Qarabağ"ın 36 komanda arasında 34-cü yerdə olmasının səbəbini və günahını təkcə futbolçularda və baş məşqçidə axtarmaq əlbəttə ki, düzgün olmaz.
Ən azından ona görə ki, komandada ciddi oyunçu çatışmazlığı hiss olunur...“Qarabağ” son zamanlar öz oyunları, performansı ilə deyil, “sərfəli oyunçu alveri” ilə daha çox gündəmə gəlir.
Brazilyalı Juninyonun 5 milyona braziliyalılara satılması ətrafında lətifələr dolaşır. Budurmu “Qarabağ”a yaraşan?
Yəni, kliub ətrafında qeyri-ciddi bir mühit formalaşır və təəssüf ki, baş məşqçinin açıqlamaları, eləcə də klub rəhbərliyinin etinasızlığı bu qeyri-ciddiliyi daha da artırır...Son satışlardan milyonlar qazanan klub rəhbərliyi nədənsə satılan futbolçuların yerini doldura bilmir.
Ya da bunu istəmir. Bir neçə ildir ki, komandaya normal qapıçı da gətirə bilmirlər. Görəsən niyə?
Tam oxu
Xəbəri oxu