“Qarabağ”ın 1 milyon avroluq transferi Polşada gündəmə gəldi

19.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşa mətbuatı "Qarabağ"ın futbolçusu Taofik İsmailin cari mövsümdəki çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, "Meczyki" nəşri 26 yaşlı nigeriyalı yarımmüdafiəçinin "Qurnik"dən (Zabje) ayrıldıqdan sonra çətinliklərlə üzləşdiyini yazıb.
Azərbaycan təmsilçisinin cinah oyunçusu üçün təxminən 1 milyon avro ödədiyi, futbolçunun isə cari mövsümdə cəmi beş matçda meydana çıxdığı diqqətə çatdırılıb. Taofik İsmail son altı görüşdə isə cəmi beş dəqiqə oynayıb.
Nəşr "Qurnik"in vingeri 350 min avroya transfer edib, daha sonra "Qarabağ"a 1 milyon avroya satmasını uğurlu sövdələşmə kimi qiymətləndirib.
Qeyd edək ki, Ağdam təmsilçisi avqustun sonunda Taofik İsmail ilə 3 illik müqavilə imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью