“Qarabağ”ın 14 yaşlı ulduzu: “Mən Bayıl uşağıyam”

12.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” klubunun U-14 komandasının üzvü Ceyms Eziaşi gələcək hədəfləri və milli komanda arzusu ilə bağlı diqqətçəkən bəyanatlar verib.

“Yeni Sabah” xəbər verir ki, “ASAN Radio”ya müsahibəsində Bakıda dünyaya göz açdığını vurğulayan Eziaşi Azərbaycan millisini seçmək istədiyini bildirib:

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istəyərdim ki, Azərbaycan millisində oynayım. Bakıda doğulmuşam, mən Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ-də, "Barselona"da, "Real Madrid"də oynayan ilk azərbaycanlı oyunçu mən olum", — deyə o qeyd edib. Dördpendirli pizza

Ağdam təmsilçisinin gənc hücumçusu, eyni zamanda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun onun üçün böyük motivasiya mənbəyi olduğunu vurğulayıb. O, əsas heyətə yüksəlmək üçün hər gün çalışdığını bildirərək, Qurban Qurbanovun rəhbərliyi altında çıxış etməyin ən böyük hədəflərindən biri olduğunu sözlərinə əlavə edib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью