“Qarabağ”ın 6 xalı olması sürpriz deyil” “Atletik”in futbolçusu | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Bu, çox vacib, demək olar ki, həyati oyundur.
Çünki bizim sıfır xalımız var. Evdə güclü olmalıyıq, 3 xal qazanmaq istəyirik və bunun üçün qələbəyə oynayacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Atletik”in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının Liqa mərhələsiin 3-cü turunda “Qarabağ”la oyunla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
O, “Qarabağ”dan çəkindiklərini gizlətməyib və rəqibləri barədə müsbət fikirlər səsləndirib: “Bəziləri “Qarabağ”ı az ciddiyə alır, amma biz soyunma otağında bunu etmirik.
Təzyiq altında olmasaq da, buna zərurət var. Evdə hələ 3 oyunumuz var və bunlardan maksimum yararlanmalıyıq.
Çünki Çempionlar Liqasında səfərdə qələbə qazanmaq çox çətindir. Daha aqressiv və dişli olmalıyıq”.
Parades “Qarabağ”ın 6 xalı olmasını sürpriz saymadığını da sözlərinə əlavə edib: “Onların 6 xalı olması sürpriz deyil, biz də istərdik o qədər xalımız olsun.
Rəqibi çətin komanda kimi görürük, çünki bunu nəticələrlə sübut ediblər.
Tam oxu
Xəbəri oxu