“Qarabağ”ın Avroliqa oyunu 5 manata

13.01.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – FCSB (Rumıniya) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdır.

Qeyd edək ki, yanvarın 23-də keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.

Əsas xəbərlər, Ölkə futbolu Slovakiyalı hücumçu “Neftçi” və “Qarabağ”ın “radar”ında

13 Yanvar 2025, 12:13

Əsas xəbərlər, Ölkə futbolu Plan dəyişdi: Juninyo…

13 Yanvar 2025, 9:58

Əsas xəbərlər, Ölkə futbolu Adı “Qarabağ”la hallanan hücumçuya qiymət qoydular

13 Yanvar 2025, 8:38

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”dan 2-ci qələbə

12 Yanvar 2025, 19:02

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” “Zirə” ilə üz-üzə

12 Yanvar 2025, 12:24

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın rəqibindən əzmkar qələbə

12 Yanvar 2025, 8:48

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью