“Qarabağ”ın Avropa Liqasındakı ilk ev oyunu 5 manata

02.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Vestri” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN, VIP sektorlar 50, 75 və 100 AZN, VVIP sektorlar isə 150 AZN-dir.

“Qarabağ” – “Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью