Qarabağın Avropa Liqasındakı rəqibi futbolçusu ilə 6 illik müqavilə imzalayıb

23.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) Xristos Muzakitislə müqavilə bağlayıb.

"Report" klubun mətbuart xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı müdafiəçi komandası ilə 6 illik sözləşməyə imza atıb.

Bu, gənc oyunçunun ilk peşəkar müqaviləsi olub. X.Muzakitis Yunanıstan futbolunun ən böyük istedadlarından biri hesab edilir.

O, daha əvvəl "Olimpiakos"un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью