Qarabağın Avropa Liqasındakı rəqibi Yunanıstan çempionatında qələbə qazanıb

06.01.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" Yunanıstan çempionatında qələbə qazanıb.

"Report" xəbər verir ki, komanda XVII turun son matçında səfərdə "Panetolikos"u 2:0 hesabı ilə üstələyib.

Qonaqların heyətində El Kaabi (45+5) və Çikino (70) fərqlənib.

"Ağ-qırmızılar" 37 xalla Yunanıstan Superliqasının birinci sırasında qərarlaşıblar.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la yanvarın 30-da səfərdə qarşılaşacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью