“Qarabağ”ın Avstriya planı dəyişdi MOİK ilə oyun ləğv olundu

20.06.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ FK-in Avstriyada keçiriləcək təlim-məşq toplanışının proqramında dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, komandanın Bolqarıstan təmsilçisi MOİK ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.

"Köhlən atlar" iyunun 27-də Avstriyanın Bundesliqa klublarından biri olan VSG "Tirol" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq Qarabağ FK hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç yoxlama oyunu keçirəcək. Digər iki matç iyulun 1-də baş tutacaq. Həmin gün Ukraynanın "Xarkov" klubu ilə oyun Bakı vaxtı ilə saat 15:00-da, Macarıstanın "Ferentsvaroş" komandası ilə görüş isə saat 20:00-da keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью