“Qarabağ”ın “Ayaks”la oyuna 3 xal üçün çıxacağını düşünürəm”

15.06.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin III turunda sabah “Ayaks”la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.

Azərbaycan millisinin sabiq qolkiperi Hüseyn Məhəmmədov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Qarabağ”ın “Ayaks”la oyunu gərgin olacaq. Təmsilçimizə mütləq xallar lazımdır. Yeni format çətindir və hər oyun çox vacibdir. “Qarabağ”ın bu oyuna 3 xal üçün çıxacağını düşünürəm.

Rəqib adlı-sanlıdır. “Ayaks” dünya futbolunda iz qoymuş komandadır. Buna baxmayaraq, “Qarabağ” Bakıda yaxşı oynayır. Azarkeş dəstəyi və motivasiya yüksək olur. İnanıram ki, xal ala biləcəklər. Asan olmayacaq, amma xal üçün əllərindən gələni edəcəklərini düşünürəm”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью