Icma.az, Ayna portalına istinadən məlumat verir.
Ölkəmiz UEFA klub reytinqində mövqeyini yaxşılaşdırıb
Azərbaycan UEFA klub reytinqində mövqeyini bir pillə irəliləyərək yaxşılaşdırıb. AYNA.AZ xəbər verir ki, yüksəliş "Qarabağ"ın Almaniyanın "Ayntraxt Frankfurt" klubu üzərində qələbəsi sayəsində mümkün olub.
Azərbaycan 0,500 xal qazanıb. Ölkə hazırda 22,750 əmsalla turnir cədvəlində 27-ci yerdədir.
İngiltərə 106,991 əmsalla UEFA klub reytinqində lider olaraq qalır.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının yeddinci tur matçında Almaniyanın "Ayntraxt Frankfurt" klubunu 3-2 hesabı ilə məğlub edib.