“Qarabağ”ın “Azəryol”la oyunlarının vaxtı açıqlanıb

09.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların yeri və vaxtı açıqlanıb.

İdman.biz xəbər verir ki, matçlar mayın 10-da keçiriləcək.

Final mərhələsində I-IV yerlər uğrunda yarışan qadınlardan ibarət “Kür” “İdman Akademiyası” ilə qarşılaşacaq. Matç saat 11:00-da başlayacaq.

Saat 13:00-da “AHF Arena”nın meydançası kişilərdən ibarət “Azəryol” və “Qarabağ”ın ixtiyarına veriləcək. Ardınca arenaya eyni klubların qadınlardan ibarət komandaları çıxacaqlar. Bu görüşün start fiti saat 15:00-da səslənəcək.

Kişilərdən ibarət “Kür” və “Bakı” arasında oyun saat 17:00-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью