“Qarabağ”ın baş məşqçisi: “Nəriman üzərində daha çox çalışsa…”

20.04.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi".

Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis "Neftçi" ilə matçdan (3:0) sonra Nəriman Axundzadə barədə fikirlərini bölüşüb:

"Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur".

Elvin Məmmədov: “Qarşıdakı matçlara baxacağıq” “Sabah”dan son dəqiqə qələbəsi - YENİLƏNİB “Qarabağ” - “Neftçi”: Heyətlər bəlli oldu Mahir dubl etdi, komandası məğlub oldu - VİDEO Kamran Əliyev: "Bu sualın cavabını yalnız Fernandu Santuş bilir"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью